Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.11.2025 13:54

Xankəndidə mənzillər satışa çıxarılacaq

Xankəndi şəhərində sahibkarlar çoxmənzilli yaşayış binalarının tikintisinə start verib və tikinti başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
“Artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Mənzillərin satışı həm nağd, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq” - deyə, Prezidentin xüsusi nümayəndəsi bildirib. Sahibkarlara bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün dövlət dəstəyi göstəriləcək.