Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.11.2025 11:53

İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaq

“Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluq, transmilli cinayətkarlıq və kibertəhdidlərə məruz qalır. Məhz buna görə xüsusi xidmət orqanları arasında əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilib”. Bunu Prezident İlham Əliyev "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib. Dövlət başçısı deyib ki, Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaq. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında aparıcı rola malikdir və müasir nəqliyyat infrastrukturu Türk dövlətlərinin siyasi, mədəni və təhlükəsizlik inteqrasiyası üçün vacibdir.