Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.11.2025 17:48
Cənubi Koreyadan Gəncə xəstəxanasına tibbi avadanlıqlar ianə edilib
Cənubi Koreyadan Gəncə Birləşmiş Şəhər Xəstəxanasına ianə edilən tibbi avadanlıqlar təhvil alınıb. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Gəncədə jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycanla Cənubi Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın uzun müddətdir, davam etdiyini xatırladıb: "Cənubi Koreyadan Gəncə Birləşmiş Şəhər Xəstəxanasına ianə edilən tibbi avadanlıqların ümümi dəyəri 350 min dollara yaxındır. Bu əməkdaşlığın məqsədi vətəndaşlar üçün tibb xidmətlərini daha keyfiyyətli və əlçatan etməkdir".
- Baxış: 126
