Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 17:48

Azyaşlıların pornoqrafik videolarını satanlar tutuldu

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları teleqramın anonim kanallarında azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı  keçirdiyi əməliyyatla həmin kanalların adminləri olan iki nəfəri saxlayıb. Onlar videoların paylaşılması və satışını həyata keçirərək müxtəlif şəxslərin bank kartlarından istifadə edib, yığılan vəsaiti nağdlaşdırıblar. DİN bir daha xəbərdarlıq edib ki, azyaşlıların iştirakı ilə çəkilmiş və etik-davranış qaydalarına zidd videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.