Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 16:37

Arnar Qunnlauqsson: "Azərbaycan millisi ilə oyunda yaxşı nəticə qazanmağa məcburuq"

Futbol üzrə İslandiya millisi Azərbaycan yığması ilə oyunda yaxşı nəticə qazanmağa məcburdur.Bu barədə komandanın baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.
"Komandamız üçün vacib görüşdür. Pley-off şanslarını saxlamaq üçün bu matçda nəticə qazanmağa məcburuq. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq", - deyə mütəxəssis əlavə edib. O bildirib ki, rəqib əvvəlki kimi eyni taktika ilə oynayır, lakin bu dəfə daha istəkli mübarizə aparır. Qunnlauqsson ilk oyunda 5:0 hesablı qələbəyə baxmayaraq, Azərbaycan millisinin həmin qarşılaşmada pis təsir bağışlamadığını vurğulayıb. Mütəxəssis futbolda hər şeyin mümkün olduğunu xatırladıb: “Bəzən favorit olmayan komanda da qələbə qazana bilir”-deyə o, əlavə edib..