Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 15:49

Moldovaya buraxılmayan azərbaycanlı tələbələr geri qaytarılacaq

"Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib: "Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq" - deyə, o əlavə edib.