Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 15:49

TƏBİB: Son bir ayda 22 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Oktyabrdan 8-dən noyabrın 13-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 min 186 nəfər qrip əleyhinə peyvənd olunub. Səhiyyə Nazirliyinin Azərbaycana gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.