Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 15:48

AFFA "Kəpəz" klubunu cərimələyib

Misli Premyer Liqasının XI turunda keçirilən “Kəpəz” – “Sabah” oyununda hər iki komanda cərimələnib. Görüşdə 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat məbləğində cərimə olunub. Eyni qayda pozuntusuna görə “Sabah” da 700 manat ödəyəcək. AFFA İntizam Komitəsinin qərarına əsasən, ümumilikdə liqanın 5 klubu müxtəlif səbəblərlə maliyyə cəzası alıb.