Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.11.2025 13:51
Xocalının və Ağdərənin kəndlərinə növbəti köç karvanları yola salınıb
Ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr Xocalının Daşbulaq və Badara, Ağdərənin Vəngli kəndlərinə yola salınıb. Bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür. Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a, yəni 122 nəfərə, Badaraya köçürülən ailələrin sayı 37-yə, yəni 136 nəfərə, Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya, yəni 374 nəfərə çatacaq.
- Baxış: 63
