Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.11.2025 17:26
VI İslam Həmrəyliyi Oyunlarında uğurlarımız davam edir
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında birdən və təkanla qaldırmanın cəmində 391 kiloqram nəticə ilə iki gümüş medal qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi isə oyunların dördüncü matçında Əfqanıstan üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Yığmanın qızıl medal uğrunda həlledici görüşdə rəqibi Türkiyə olacaq.
- Baxış: 63
