Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.11.2025 15:36
Azərbaycanda "İpoteka haqqında" qanun dəyişib
Prezident İlham Əliyev “İpoteka haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərə əsasən, ipoteka üzrə üstünlük hüququnun dəyişdirilməsi yalnız notariat qaydasında təsdiqləndikdən və dövlət reyestrində qeydiyyata alındıqdan sonra qüvvəyə minəcək. Bundan sonra həmin hüququn qeydiyyatı 3 iş günü ərzində aparılacaq və dövlət rüsumunu üstünlük hüququ keçən tərəf ödəyəcək. Dəyişikliklər ipoteka mexanizminin şəffaflığını artırmaq və ipoteka saxlayanların hüquqlarının qorunmasını gücləndirmək məqsədi daşıyır.
- Baxış: 70
