Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.11.2025 15:34

Cəbrayılda saxta alkoqollu içkilər aşkarlanıb

Cəbrayıl rayonunun Şükürbəyli kəndində ərzaq mağazasında alkoqollu içkilərdə saxtalaşdırma müəyyən olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. İçkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb. Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub.