Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.11.2025 13:57

Quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi noyabrın 17-21-də quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçirəcəyini açıqlayıb. Monitorinq ovçuluq təsərrüfatları, milli parklar, su-bataqlıq və dəniz sahili zonalarını, eləcə də müxtəlif quşçuluq müəssisələrini əhatə edəcək. Vəhşi və ev quşlarından diaqnostik nümunələr götürüləcək, nəticələr Mərkəzi Baytarlıq Laboratoriyasında yoxlanacaq və “Epicollect 5” proqramına daxil ediləcək. Eyni zamanda, müəssisələrdə baytarlıq norma və qaydalarına riayət olunması üçün maarifləndirmə-təbliğat tədbirləri keçiriləcək.