Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.11.2025 13:56

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb. Bu barədə Gürcüstan daxili işlər nazirliyindən  məlumat verilib. Digər 2 hərbçinin nəşinin axtarılması yönünüdə işlər davam etdirilir. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.