Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.11.2025 13:55
İlham Əliyev Çin şirkətinin nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Çinin "China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün və nümayəndə heyətini qəbul edib. Dövlət başçısı görüşdə əməkdaşlığın perspektivlərini müzakirə etməyin vacibliyini vurğulayıb, Azərbaycan-Çin strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndiyini qeyd edib. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib. Söhbət zamanı enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
- Baxış: 60
