İki şəhid hərbçiyə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib
Prezident İlham Əliyevin sərəncamı ilə gizir Pəncəli Nurməmməd oğlu Teymurov və baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüblər. Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu, həmçinin Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ehtiyatda olanlar Quliyev Akif Bayram oğlu – baş gizir "Azərbaycan Bayrağı" ordeni ilə, Binyətov Gülbudağ Əli oğlu – polkovnik-leytenant, Əliyev Bəşir İman oğlu – mayor, Cəlilov Elman Səyyad oğlu – kapitan, Şalbuzov Tofik Şıxbala oğlu – baş gizir "İgidliyə görə" medalı ilə tətif edilib.
- Baxış: 57
