Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.11.2025 17:55
Bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.Prezidentin müvafiq sərəncamına əsasən, general-mayor Kənan Əlihüseyn oğlu Seyidova və general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant”, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova “general-mayor”,1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova isə “kontr-admiral” ali hərbi rütbələri verilib.
- Baxış: 54
