Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.11.2025 17:54
Vətən müharibəsinin 238 iştirakçısının əvvəlki sağlamlığı bərpa edilib
İndiyədək Vətən müharibəsinin 238 iştirakçısının əvvəlki sağlamlığı bərpa olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi ilə təmin edilib. Müharibədə əzalarını itirmiş 496 hərbçi isə 618 ədəd yüksək texnologiyalı protezlə təmin edilib.Danimarkanın "Levitate" şirkəti tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 14 nəfər qaçış üçün yüksək texnologiyalı 15 protezlə təmin edilib.
- Baxış: 53
