Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.11.2025 17:54
8 noyabr - Zəfər günüdür
8 Noyabr – Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən beş il ötür. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, şəhər və kəndlər müasir infrastrukturla bərpa olunur. Bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qanı bahasına qazanılıb. Rəşadətli Ordumuz 30 illik işğala 44 gündə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün isə Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri davam edir, azad torpaqlara həyat yenidən qayıdır.
- Baxış: 53
