Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.11.2025 15:55
Baş prokuror: Sülhün irəliləməsi üçün humanitar öhdəliklərin yerinə yetirilməsi vacibdir
Sülh prosesinin etibarlı irəliləməsi üçün humanitar öhdəliklərin yerinə yetirilməsi zəruridir, bu həm beynəlxalq humanitar hüququn tələbidir, həm də davamlı sabitlik üçün vacib şərtdir. Bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycanın Ermənistana göndərilən yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması etimad quruculuğu prosesinə real məzmun qazandırıb. Kamran Əliyev vurğulayıb ki, mina təhlükəsi hələ də regionda reinteqrasiya və qayıdış proseslərinə ən ciddi maneədir. Baş prokuror əlavə edib ki, təqdim edilən mina xəritələrinin cəmi 25 faiz yararlı olması təhlükəsizlik risklərini artırır və təmizləmə işlərini çətinləşdirir.
- Baxış: 55
