Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.11.2025 15:54
Azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsinin layihələndirilməsi yekunlaşır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri yekun mərhələyə çatıb. Hazırda ərazilərin Ümumi planı, həmçinin Xankəndi, Xocalı, Ağdərə və Xocavənd daxil olmaqla 8 şəhərin Baş planı hazırlanır. Artıq 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiqlənib. Yeni layihələrdə yaşayış kompleksləri, məktəb və xəstəxanalar, mədəniyyət obyektləri, yol və sənaye infrastrukturu ilə yanaşı, enerjiyə qənaət edən və “ağıllı” texnologiyaların tətbiqi nəzərdə tutulur.
- Baxış: 58
