Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 13:45

Yevlax və Biləsuvardakı xəstəxanalarda elektron növbə sistemi aktivləşdirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Yevlax və Biləsuvar Rayon Mərkəzi Xəstəxanalarında elektron növbə sistemi istifadəyə verilib. Yeni sistem sayəsində xəstələrin qəbulu zamanı yaranan sıxlıq azalacaq, vətəndaşlar vaxt itkisinə yol vermədən növbəyə yazılaraq rahat şəkildə tibbi xidmətlərdən yararlana biləcəklər. Elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə olunmasına dəstək verəcək və növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.