Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 13:44

Şuşakənd və ətraf kəndlərdə köçkünlər üçün mina təhlükəsi ilə bağlı maarifləndirmə keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşakənd, Badara, Həsənriz və Vəngli kəndlərinə köçürülən ailələr üçün mina təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirib. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri müzakirə olunub, daimi yaşayış yerinə qayıtmış şəxslərə vahid aylıq müavinətin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı barədə məlumat verilib, mina təhlükəsinə dair hazırlanmış videoçarxlar iştirakçılara nümayiş etdirilib.