Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 11:58

Gəncədə marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Elvin Hüseynova məxsus marketdə saxta alkoqollu içkilər aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı kustar üsulla hazırlanan, etiketində yanlış məlumatlar olan 137 ədəd müxtəlif markalı içki aşkarlanaraq satışdan çıxarılıb. Sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr laboratoriyaya göndərilib. Araşdırmalar davam edir.