Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 11:57

Bakıda un məmulatları müəssisəsində ciddi pozuntular aşkarlanıb

Bakı şəhəri, Binəqədi rayonunda Şahnaz Vəliyevaya məxsus un məmulatları emalı müəssisəsində yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib, sanitar norma və qaydaların tələblərinə əməl olunmayıb. Aşkarlanan nöqsanlara görə emal prosesi dayandırılıb, rəhbərlik barəsində inzibati protokol tərtib edilib.