Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 15:50

Sərhəddə 97 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşları böyük həcmdə narkotik vasitənin qaçaqmalçılığının qarşısını alıblar. İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü daşıyan nəqliyyat vasitəsinə baxış zamanı kinoloji itlərin köməyi ilə 295 bağlamada gizlədilmiş, ümumi çəkisi 97 kiloqram 530 qram olan marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.