Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.11.2025 15:49
Azərbaycanın voleybol millisi İslamiadada növbəti qələbəsini qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb. Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu dəfə Tacikistanla üz-üzə gəlib. Azərbaycan millisi bu görüşü də qələbə ilə başa vurub - 3:0. Millimiz noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
- Baxış: 137
