Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 11:55

Ombudsman Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva Zəfər Gününün 5-ci ildönümü ilə bağlı bəyanat yayıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq torpaqlarını azad etdiyini bildirib. Ombudsman həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və mina təmizləmə işlərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb, beynəlxalq qurumları daimi sülhün bərqərarına çağırıb.