Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 10:19

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

Bu gün – noyabrın 6-da Azərbaycanda Televiziya və Radio işçilərinin peşə bayramı qeyd olunur. 1926-cı ilin bu günündə Azərbaycanda ilk radio yayımı başlayıb və efirdə “Danışır Bakı” sözləri səslənib. Bu hadisə ölkənin ictimai-mədəni həyatında yeni bir mərhələnin başlanğıcı olub. 1956-cı il fevralın 14-də isə Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. Ekranda ilk görünən sənətkar Nəcibə Məlikova “Göstərir Bakı” sözləri ilə tamaşaçıları salamlayıb. Kəpəz FM olaraq televiziya və radio əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik!