Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb
“Qarşıda bizi Zəfər Günü gözləyir. Bu nəticə də yerinə düşdü”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. Qurban Qurbanov komandasının son oyundakı nəticəsini uğurlu qiymətləndirib. O bildirib ki, belə matçlarda qazanılan xallar Azərbaycan futboluna böyük fayda verəcək. Zədə səbəbindən oyunu yarımçıq tərk edən Kadi Borgesin durumuna isə həkimlərin rəyindən sonra aydınlıq gələcək. Qeyd edək ki, "zadəganla"la heç-heçədən sonra ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar. Qarabağ V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.
- Baxış: 67
