Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 10:16

Sumqayıt və Ağdərədə yol qəzaları baş verib

Sumqayıtda 1992-ci il təvəllüdlü Nəriman Zeynalovun idarə etdiyi "Chevrolet" markalı avtomobil 1989-cu il təvəllüdlü Əsgər Nəzərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Chevrolet"də olan sərnişinlər – 1968-ci il təvəllüdlü Kəmalə Zeynalova və 1977-ci il təvəllüdlü Günəş Həşimova, "VAZ-2107"nin sürücüsü Əskər Nəzərov və sərnişini, 1990-cı il təvəllüdlü Könül Nəzərova müxtəlif dərəcəli xəsarətlər alıblar. 


Ağdərənin Canyataq kəndi ərazisində isə "HOWO" markalı yük maşınının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən xəsarət alıb.

Faktlarla bağlı araşdırmalar aparılır.