Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.11.2025 19:03
Böyük Britaniyanın Azərbaycandakı səfiri "Çelsi" ilə oyunda "Qarabağ"ı dəstəkləyəcək
"Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi – red.) kimi bu axşam ev sahibi komandaya dəstək verəcəyəm". Bu fikirləri Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsindəki səhifəsində paylaşaraq, UEFA Çempionlar Liqasının IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) qarşılaşmasında Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.
- Baxış: 25
