Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.11.2025 16:33

Azərbaycanda meyit donordan ürək köçürülən şəxsin son durumu açıqlanıb

Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev xəstəxanadan evə buraxılıb. Onun vəziyyəti kafidir. Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzindən bildirilib. Ayda və ildə bir dəfə orqan transplantasiyası edilmiş şəxsin vəziyyəti haqqında məlumatlar vahid informasiya sisteminə daxil olur. Bununla da onun durumu daim diqqətdə saxlanılır.