Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.11.2025 16:30
Gəncə beynəlxalq təlimə ev sahibliyi edəcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə 18 noyabrda Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində “Heyvan sağlamlığının təmin olunmasında fermerlərə göstərilən aqrar xidmətlərin rolu” mövzusunda təlim keçiriləcək. İki mərhələdən ibarət olan proqramın birinci mərhələsi fermerlər, ikinci mərhələsi isə baytar həkimlər üçün nəzərdə tutulub. Təlimdə heyvan xəstəliklərinin qarşısının alınması, biotəhlükəsizlik və müasir müalicə üsulları barədə məlumatlar təqdim ediləcək. Tədbirin əsas məqsədi fermerlərin və baytar həkimlərin bilik və bacarıqlarının artırılmasıdır.
- Baxış: 29
