Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.11.2025 15:11
Sərxoş sürücülərlə bağlı 9 ayda 9 mindən çox fakt aşkarlanıb
Sərxoş vəziyyətdə avtomobil idarə edilməsi ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır. Bu ilin 9 ayı ərzində sərxoş sürücülər tərəfindən törədilən 6 qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici azalsa da, sərxoş halda avtomobil idarə edənlərin sayı artıb — 9 min 407 fakt qeydə alınıb. Polis sürücüləri sükan arxasında yalnız ayıq vəziyyətdə olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
- Baxış: 29
