Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.11.2025 13:07
Milli Məclis xarici parlamentlərə və beynəlxalq qurumlara Bəyanat göndərib
Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında qəbul edilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə bağlı Bəyanat xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib. Sənəddə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün möhkəmlənməsində mühüm rol oynadığı vurğulanır. Həmçinin, Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyə yol açdığı qeyd olunur. Milli Məclis Prezident İlham Əliyevin sülh və əməkdaşlığa yönələn səylərini dəstəklədiyini bir daha bəyan edib.
- Baxış: 33
