Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 15:51
Gəncədə qida emalı müəssisəsinin fəaliyyəti dayandırılıb
Gəncə-Şəmkir şosesində fəaliyyət göstərən “Azerpetfood” MMC-yə məxsus heyvan mənşəli məhsulların emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, antisanitar şəraitdə işlədiyi və texnoloji qaydaları pozduğu müəyyən edilib. Aşkar olunan nöqsanlara görə müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, hüquqi nümayəndə barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
- Baxış: 67
