Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 15:50
"WhatsApp”dakı kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq
Son günlər “WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb. Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, kiberdələduzlar tanış və ya naməlum nömrələrdən göndərilən linklər vasitəsilə istifadəçiləri aldadaraq SMS-lə gələn OTP kodlarını ələ keçirməyə çalışırlar. Bu kodları paylaşan şəxslərin “WhatsApp” hesabları ələ keçirilir və onların adından saxta mesajlar göndərilir. Xidmət vətəndaşlara tanımadıqları linkləri açmamağı, OTP kodlarını paylaşmamağı, ikimərhələli təsdiqləməni aktiv etməyi və profil məlumatlarını yalnız kontaktlara görünəcək şəkildə məhdudlaşdırmağı tövsiyə edir.
- Baxış: 66
