Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.11.2025 15:49

VI İslam Həmrəyliyi Oyunlarına millimiz qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib. Faiq Qarayevin baş məşqçisi olduğu yığmamız İran seçməsi ilə qarşılaşmada 3:0  hesablı qələbə qazanıb. Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.