Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 14:04
Bakı-Qazax yolunda yük maşını aşıb
Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində “Mercedes” markalı yük avtomobili aşıb. İlkin məlumata görə, sürücü İsmayıl İsmayılov idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə yerinə cəlb olunan əməkdaşlar dizel yanacağı daşıyan avtomobilin yanmasının qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.
Yol Polisi sürücülərə xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunmasında diqqətli olmağı, texniki sazlığa, sürət həddinə və istirahət rejiminə əməl etməyi xatırladır.
- Baxış: 57
