Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 14:03
Gəncədə şəhərətrafı marşrut xətləri açıqlanıb
"BakuBus" MMC-nin Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar olaraq şirkətin istismarına verilən şəhərətrafı G1 və G2 müntəzəm marşrut xətləri üzrə dayanacaq məntəqələrinin siyahısı və hərəkət sxemi ictimaiyyətə təqdim olunub. G1 marşrut xətti üzrə avtobuslar Göygöl Şəhər Xəstəxanası - Nəriman Nərimanov küçəsi - parkın ətrafı istiqamətində və əksinə hərəkət edir. G2 marşrut xətti üzrə isə avtobuslar Göygöl Avtostansiyası - Nəriman Nərimanov küçəsi - parkın ətrafı istiqamətində və əksinə hərəkət edir.
- Baxış: 69
