Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.11.2025 11:54

Bahar Muradova: "Erkən evlilik" ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır"

"Erkən evlilik" ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır". Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib. Rəsmi qurumun nümayəndəsi bildirib ki, “erkən evlilik” anlayışı əslində uşaq evliliyidir və bu, heç vaxt qəbul edilə bilməz. Qanunvericiliyə edilən dəyişikliklərlə bütün istisnalar aradan qaldırılıb və yalnız qanunla müəyyən edilmiş yaşdan sonra bağlanan nikahlar rəsmi sayılır. Yetkinlik yaşına çatmayan şəxsi nikaha cəlb etməyə cəhd cinayət məsuliyyəti yaradır. O, həmçinin bildirib ki, uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində dəyişiklik edilib: "Uşaqlara münasibətdə qəyyumluq və himayə ilə bağlı səlahiyyətlər onların hüquqlarının müdafiəsi üzrə komissiyalara həvalə edilib. Komissiyanın adı "Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya" adlandırılıb. Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın Katibliyi yaradılıb".