Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 11:51
BDYPİ sürücüləri diqqətli olmağa çağırıb
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini, xüsusilə də işıq cihazlarının sazlığını və təmizliyini yoxlamağa çağırıb. Qurum bildirir ki, fənərlərin və işıqqaytarıcı sistemlərin nasazlığı qaranlıq, dumanlı və yağışlı havalarda görmə məsafəsini azaldaraq qəza riskini artırır. BDYPİ sürücülərə xatırladır: “Təhlükəsiz yol hər birimizin məsuliyyətidir.”
- Baxış: 58
