Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 10:23
Məhkumluq haqqında arayış indi cəmi bir neçə saniyəyə!
Daxili İşlər Nazirliyi vətəndaş məmnunluğunun artırılması məqsədilə təqdim etdiyi elektron xidmətləri daha da təkmilləşdirib. Artıq “E-Polis” mobil tətbiqi və e-xidmet.mia.gov.az portalı üzərindən “Məhkumluq haqqında arayış”ı gücləndirilmiş elektron imza ilə, tam avtomatik qaydada bir neçə saniyəyə əldə etmək mümkündür. Yeni sistem fiziki növbələri aradan qaldırır, vaxt itkisini minimuma endirir və xidmətin şəffaflığını artırır.
- Baxış: 60
