Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.10.2025 17:53
Qazax və Qusarda torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq
Nazirlər Kabineti Qazax və Qusar rayonlarında torpaqların dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sərhəd-buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə Qazaxda ümumilikdə 6,02 hektar, Qusarda isə 11,02 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq. Dövlət Gömrük Komitəsi qiymətləndirmə komissiyası yaradacaq və layihə çərçivəsində alınan torpaqların maliyyələşdirilməsini “Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına təmin edəcək.
- Baxış: 107
