Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 17:52

ATU-da ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı olacaq

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi tərəfindən hazırlanan ilk süni intellekt əsaslı “ATU-Car” adlı ağıllı elektrik avtomobilin təqdimatı 5 noyabr 2025-ci il, saat 13:00-da keçiriləcək. Təqdimat Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində baş tutacaq. Layihə günəş panelli enerji sistemi, hərəkət sensorları ilə enerji bərpası, GPS idarəetməsi və proqramlaşdırılmış “beyin” sistemi ilə təchiz olunub.