Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 17:47

Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu dəyişib

Nazirlər Kabineti zabit heyəti, gizirlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular və xüsusi xidmət orqanlarının əməkdaşlarına pensiya və xidmət vaxtının hesablanması qaydası ilə bağlı qərara dəyişiklik edib. Yeni dəyişikliyə əsasən, xidmətdən buraxılan hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək.