Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 17:46

Şəkidə sərnişin mikroavtobusu ağaca çırpılıb, xəsarət alan var

Şəkidə 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri sürücünu xilas edilərək həkim briqadasına təhvil verilib və xəstəxanaya yerləşdirilib. Qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.