Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 15:56

TƏBİB: Sənədləri təsdiqlənməyən şəxslər tibb müəssisələrində işləyə bilməz

"Sənədləri uyğun olmayan və Azərbaycan Respublikasının müvafiq qurumlarında təsdiq olunmamış şəxslər TƏBİB-in müəssisələrində fəaliyyət göstərə bilməz. Bu günə qədər belə hallar aşkar edilməyib". Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğursuz olan tibb işçiləri müvəqqəti olaraq xidmətdən uzaqlaşdırılır, növbəti imtahanda da uğur qazanmazlarsa, onların fəaliyyətinə xitam verilir.