Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 15:53

Salyanda azyaşlı piyadanın ölümü, Sumqayıtda zəncirvari yol qəzası baş verib

Salyanda Ş.Əliyevanın idarə etdiyi avtomobil piyada İ.Həsənovu və onun azyaşlı nəvəsini vurub. Onlar xəstəxanaya yerləşdirilsə də azyaşlı Bakıda xəstəxanada ölüb.

Sumqayıtda isə hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", "VAZ-2106" və "Hyundai" markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib. Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.

Faktlarla bağlı araşdırmalar aparılır.